Partlayış təhlükəsinə qarşı maarifləndirici tədbir

Azərbaycan Respublikası təhsil nazirinin “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in təsdiq edilməsi barədə müvafiq əmrinin baş verə biləcək təhlükələrin qarşısının alınması baxımından əhəmiyyətinin böyük olduğunu nəzərə alaraq şagird və müəllim heyəti ilə maarifləndirmə tədbiri keçirildi. Tədbirdə Təhsil nazirliyinin Daxili Nəzarət şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Günay Qurbanova və inkişaf layihələr sektorunun məslətçisi Şəhanə Ələkbərova, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə qrupunun rəhbəri baş leytenant Süleyman Heydərov və qazilər iştirak etdilər.Şagirdlərə videoçarx vasitəsilə minalar haqqında və onların insanlara vurduğu fəsadlar nümayiş etdirildi,minaların növləri, yarada biləcəyi təhlükələr, minalanmış ərazilərin necə müəyyən olunması, belə ərazilərdə təsadüfən ehtiyatsızlıqdan baş verən hadisələr zamanı hansı addımlar atılmasının vacibliyi haqqında məlumat verildi. Sonda metodik tövsiyələr əsasında işin təşkili ilə bağlı fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi