Sağlam həyat tərzi

Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə"5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində 28 fevral-4 mart 2022-ci il tarixlərində məktəbdə idman həftəsinin keçirilməsi nəzərdə tutulmuşdur.Bu məqsədlə fiziki tərbiyə müəllimi Vüsalə Kərimova xüsusi dərs təşkil etdi.Dərsdə səhər gimnastik hərəkətlər,idman hərəkətləri nümayiş olundu.Sağlam həyat tərzi təbliğ edildi.