"Torpağın gücü"adlı layihəyə

Məktəbdə "Torpağın gücü"adlı layihəyə start verdik.Layihənin keçirilməsində əsas məqsəd "Şuşa"ili və şagirdlərdə mədəni -mənəvi dəyərlərin formalaşdırılmasıdır.Layihə müddətində bitkilərin cücərdilməsi,biologiya dərslərində bitki və toxumlarla bağlı nümunəvi dərslər,Kiçik Akademiya üzvlərinin iştirakı ilə tanınmış elm alimləri,ictimai xadimlər,igid qəhrəmanlarımız haqqında təqdimat işləri,ekskursiyalar və sonda Novruz satış yarmarkasının keçirilməsi nəzərdə tutulmuşdur.Satışdan əldə edilən vəsaitlə Şuşada hərbi xidmətdə olan əsgərlər üçün sovqat payının aparılması planlaşdırılır. Layihə şagird,valideyn və məktəb kollektivinin iştirakı ilə həyata keçiriləcək.