"Qələbənin rəhni"adlı tədbir keçirildi.

16 fevral 2022-ci il tarixdə məktəbdə Tamilla Məmmədovanın təşkilatçılığı ilə "Qələbənin rəhni"adlı tədbir keçirildi.Bu tədbir “Böyük qayıdış”və "Bizim böyük qələbəmiz" adlı kitabların təqdimatı ilə əlaqədar idi.Keçirilən tədbirdə qeyd olundu ki, bu kitablar qələbədən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərlərindəki çıxışlarının toplusudur. Ölkə başçısının hər bir çıxışı dərin elmi-tarixi əhəmiyyət daşıyır. Bu gün bu dahi şəxsiyyətin siyasəti nəticəsində azad edilmiş torpaqlarda aktiv bərpa prossesi aparılır və Azərbaycan özünün yeni və şanlı tarixini yazır.Məktəbin direktoru Zülfiyyə Rəsulova Qarabağ həqiqətləri,Şanlı Qələbəmiz, Prezident İlham Əliyevin çoxşaxəli siyasi və sərkərdəlik fəaliyyətinin şagirdlər arasında təbliğinin gücləndirilməsi ilə bağlı tövsiyələr verdi.Çap edilən yeni kitabların əhəmiyyətini qeyd edərək bu nəşrin müharibədən sonrakı dövrdə azad edilən ərazilərdəki bərpa işləri, burada tam yeni infrasrukturun yaradılması və məcburi köçkünlərin öz döğma yurd-yuvalarına qayıdışı prosseslərinın öyrənilməsində mühüm rol oynayacağını vurğuladı, kitabların bu işlərin gələcək nəsillərə çatdırmalmasında mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi.Tədbir ərəfəsində sinif təşkilat saatlarında şagirdlərlə bu kitabların müzakirəsi aparılıb və bütün şagirdlərə qeyd olunan kitabları mütaliə etmək tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi