Vətən Müharibəsinin şəhidi, məzun Mahmud Cavadov şəhadətinin ildönümündə məzarı önündə yad edildi

2020-ci ilin Vətən Müharibəsinin şəhidi, məktəbimizin məzunu Mahmud Cavadov şəhadətinin ildönümündə məzarı önündə yad edildi.Mərasimdə dövlət himni səsləndirildi, şəhidin ruhuna dualar oxunaraq, xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İgid,qəhrəman Mahmudun keçdiyi şərəfli döyüş yolundan danışıldı.Mahmud Cavadov 2020-ci il Vətən müharibəsində göstərdiyi şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Cəsur döyüşçü” medalı, “Vətən uğrunda” medalı və ”Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Mərasimdə çıxış edən şəhidin yaxınları diqqət və dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirdilər. Mahmudun sinif rəhbəri Aidə Məmmədova da çıxış edərək Mahmudla bağlı xatirələrini bölüşdü.Anım mərasimində Yasamal və Cəbrayıl rayon İcra Hakimiyyətlərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, YAP rayon təşkilatının, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi