“Nizami Gəncəvi və Kimya ”adlı fənn gecəsi keçirildi

Kimya müəllimi Gülnarə Qasımovanın təşkilatçılığı ilə “Nizami Gəncəvi və Kimya ”adlı fənn gecəsi keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Gülnarə Qasımova tədbiri açaraq, fənn gecələrinin keçirilməsinin tədrisin keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini bildirdi. Qeyd etdi ki, belə tədbirlər proqram materiallarının dərindən mənimsənilməsinə kömək etməklə yanaşı, şagirdlərin fənnə həvəsini artırır, dünyagörüşünü genişləndirir, elmi məlumatlarını zənginləşdirir.Şagirdlər dahi mütəffəkkirin şeirlərini kimya fənni ilə əlaqələndirərək Nizami yaradıcılığında kimya elminin xüsusi yeri olduğunu vurğuladılar. Tədbir iştirakçılarını 12-ci əsrə virtual olaraq səyahətə apardılar.Sonda məktəbin direktoru Zülfiyyə Rəsulova,müəllimlər,tədbirə təşrif buyuran qonaqlar kimya müəllimi Gülnarə Qasımovaya və şagirdlərə maraqlı gecəyə, fəal iştiraklarına görə öz təşəkkürlərini bildirirdilər.