"Biologiya gecəsindən bilik yarışına"adlı tədbir keçirildi

Biologiya müəllimi Tahirə Əliyevanın təşkilatçılığı ilə "Biologiya gecəsindən bilik yarışına"adlı tədbir keçirildi.Şagirdlər biologiya elmi haqqında maraqlı faktlar söylədilər, biologiyanın həyatı və canlı orqanizmi onların fiziki quruluşu, kimyəvi prosesləri, molekulyar qarşılıqlı təsirləri, fizioloji mexanizmləri, inkişafı və təkamülü də daxil olmaqla öyrənən təbiət elmi olduğunu vurğuladılar.Biologiyanın tarixinə nəzər saldılar,insan və cəmiyyətin inkişafında biologiya elminin rolundan bəhs etdilər. Tədbirdə 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə bilik yarışı təşkil edildi.Münsiflər heyəti tərəfindən müəyyən edilən qalib komanda məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi