“Aşıq Ələsgər - 200”

Azərbaycan dili və ədəbiyyat müəllimi Tamilla Məmmədova 8b sinfində “Aşıq Ələsgər - 200” mövzusunda xüsusi dərs təşkil etdi.Aşıq Ələsgərin yaradıcılığına qısa nəzər salınaraq qeyd olundu ki, onun əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Unikal aşıq sənətinin kamil bilicisi olmuş Dədə Ələsgər ədəbiyyatımızda aşıq yaradıcılığının yeni mərhələsinin banisi olduğu vurğulandı.Şagirdlər görkəmli saz və söz ustadı Aşıq Ələsgərin keşməkeşli həyatı, zəngin bədii irsi, yaradıcılığının dil və üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verərək aşığın qoşma, gəraylı, dodaqdəyməz və təcnislərindən ibarət nümunələr üzərində təhlillər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi