"Riyaziyyat elmlərin açarıdır"adlı tədbir keçirildi

Riyaziyyat aylığı ilə əlaqədar olaraq Nazilə Ağayeva 8b sinfində "Riyaziyyat elmlərin açarıdır"adlı tədbir keçirdi.Tədbirdə şagirdlər riyaziyyat elminə aid maraqlı faktlardan danışdılar,şeirlər,atalar sözləri söylədilər, alimlərin yaradıcılığına nəzər saldılar.Tədbir iştirakçılarına maraqlı suallar ünvanladılar. Şagirdlərin riyazi rəqsi maraqla qarşılandı. Sonda məktəbin direktoru Zülfiyyə Rəsulova "Riyaziyyat" aylığında görülən işlər barədə danışaraq öz təklif və tövsiyələrini verdi,əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi.