"Gəldik Qarabağa!" adlı tədbir təşkil edildi

Zəfər bayramı ilə əlaqədar olaraq məktəbdə tərbiyə işləri üzrə direktor müavini Sürəyya Yusifovanın təşkilatçılığı ilə "Gəldik Qarabağa!" adlı tədbir təşkil edildi.Tədbirdə Respublikanın əməkdar artistləri Mehriban Xanlarova və Əli Nur,Yasamal Rayon Həmkarlar Təşkilatının sədri Rövşən müəllim,şəhid ailələri,qazi və igid döyüşçülərimiz,şəhid məzunlarımızın sinif yoldaşları və dostları iştirak etdi.İlk öncə məktəbin həyətində 1-ci Qarabağ müharibəsinin şəhidləri Əhəd İsgəndərovun,Sənan Əliyevin və 2-ci Qarabağ müharibəsinin şəhidi Mahmud Cavadovun xatirə lövhələrinin açılışı oldu.Daha sonra tədbir məktəbin akt zalında davam etdi.Şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər,şeirlər,mahnılar söylədilər.Tədbirə təşrif buyurmuş qonaqlar "Zəfər"gününün mahiyyətindən danışdılar və bu günün heç vaxt unudulmayacağını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi