Şagird heyəti ilə partlayış təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikası təhsil nazirinin 20 avqust 2021-ci il tarixli F-416 nömrəli əmrinə əsasən hərbi rəhbər Samir Daşdəmirov şagird heyəti ilə partlayış təhlükəsi ilə əlaqədar təlim təşkil etdi.Əsas məqsəd partlamış və partlamamış mina, silah və sursatların tanıdılması, baş verə biləcək faciələrin vaxtında qarşısının alınması,şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirmə işinin düzgün təşkilindən ibarət idi.Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsi, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”lərinə məlumat verilməsinin önəmi vurğulandı.Sonda təlim silahları, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı və şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi