“Gəlin,yol hərəkəti qaydalarına riayət edək” mövzusunda maarifləndirici tədbir

İbtidai sinif müəllimi Sevinc Axundova 3a sinfində şagirdlərə yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə “Gəlin,yol hərəkəti qaydalarına riayət edək” mövzusunda maarifləndirici tədbir təşkil etdi.Şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verildi və yolda daha diqqətli olmaları tövsiyə edildi. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı.Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid müxtəlif şeirlər və mahnılar səsləndirdilər, səhnəciklərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi