"Psixi sağlamlıq nədir?" mövzusunda maarifləndirici söhbət

Məktəbin psixoloqu Şəhla Nemətova şagirdlərlə "Psixi sağlamlıq nədir?" mövzusunda maarifləndirici söhbət apardı. Qeyd etdi ki, insanın psixi durumu, onun davranışlarının tənzimlənməsi, eyni zamanda sosial və bioloji amillərin təsiri ilə xarakterinin düzgün formalaşması ilə xarakterizə olunur. Psixi sağlamlıq insanın özünə və ətrafdakı insanlara olan münasibətdə, ümumilikdə bütün həyatı boyu müxtəlif hadisələrə, sosial və iqtisadi çətinliklərə qarşı münasibətində özünü biruzə verdiyini bildirdi.Psixi sağlamlığın sosial-iqtisadi vəziyyəti ilə yanaşı insanın fiziki sağlamlığı ilə də sıx bağlı olduğunu vurğuladı. Sonda şagirdləri maraqlandıran sualları cavablandırdı.