Şəhid anaları ilə görüş keçirildi

27 sentyabr "Anım günü" ilə əlaqədar olaraq məktəbin şəhid qəhrəmanları yad edildi.4a sinif şagirdlərinin ifasında şeirlər söylənildi,şəhid Mahmud Cavadov və Əhəd İsgəndərovun həyat yoluna nəzər salındı,müəllimlər tərəfindən xatirələri anıldı.Məktəbin direktoru Zülfiyyə Rəsulova Zəfər tariximizin 27 sentyabr 2020-ci ildən başladığını 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün təmin edildiyini, tarixi ədalətin bərpa olunduğunu vurğulayaraq,şəhid anaları qarşısında baş əydiyini bildirdi.Sonda şəhid anası Səkinə ana məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.