Anım Günü ilə bağlı tədbirlər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "27 sentyabr-Anım günü" ilə əlaqədar 08 sentyabr 2021-ci il tarixli F-191 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə şagirdlərimiz Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi dərin hörmət əlaməti olaraq yad etdilər.Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət yaradılmış rəsm sərgisi nümayiş etdirildi.Övladlarımızın xoşbəxt və azad gələcəyi naminə 44 günlük müharibədə gözünü qırpmadan canını fəda edən şəhidlərimiz anıldı.