Tədris ilinin ilk pedaqoji şurası keçirildi

21.09.2021-ci il tarixdə 2021/2022 - ci dərs ili üzrə pedaqoji şuranın ilk iclası keçirildi. Məktəbin direktoru Zülfiyyə Rəsulova dərs ilinin başlanması münasibətilə pedaqoji kollektivi təbrik edərək,onlara müvəffəqiyyətlər arzuladı. Daha sonra pedaqoji şuranın gündəliyində duran məsələləri kollektivin nəzərinə çatdırdı. Məktəbin illik Fəaliyyət Planı,müəllimlərin dərs yükü,sinif rəhbərləri,fənn metodbirləşmə sədrlərinin təyin olunması müzakirə edilərək təsdiq edildi.Təlim tərbiyə işləri üzrə direktor müavini N.Rüstəmova qarşıda duran vəzifələr, ali təhsil müəssisələrinə qəbul faizinin nəticələri,fənn aylıqları barədə,tərbiyə işləri üzrə direktor müavini S.Yusifova təşkilatı işlər barədə məlumat verdilər.Psixoloq Şəhla Nemətovanın da psixoloji sahədə aparılan işlər barədə məruzəsi dinlənildi.Sonda rəhbərlik tərəfindən müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi