Sinif rəhbərləri və fənn metodbirləşmə sədrləri ilə görüş keçirildi.

20.09.2021- ci il tarixdə məktəbin direktoru Zülfiyyə Rəsulova sinif rəhbərləri və fənn metodbirləşmə sədrləri ilə görüş keçirdi.Görüşdə yeni tədris ilində qarşıda duran gündəlik məsələlər,xüsusi karantin qaydalarına riayət olunmaqla işin təşkili, təlimin keyfiyyətinin yüksəldilməsi, fənn proqramlarının yazılması və təsdiqi haqqında məlumat verdi. Etik davranış qaydalarına düzgün əməl edilməsi haqqında müəllimlərə öz tövsiyələrini bildirdi. Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.