Müsabiqəyə yekun vuruldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi barədə 12 mart 2021-ci il tarixli F-56 nömrəli əmrinə əsasən ibtidai sinif müəllimi Nigar Paşayeva dahi şairin sənətinin öyrədilməsi və tanıdılması məqsədilə 4b sinfində şeir müsabiqəsi təşkil etdi.Müsabiqə iki mərhələdən ibarət idi.Birinci mərhələdə şagirdlər qrup şəklində və ya fərdi olaraq kiçikyaşlı məktəblilər üçün yazılmış "Kərpickəsən kişinin dastanı"şeirini gözəl və maraqlı şəkildə təqdim etməli idilər.Birinci mərhələdə şagirdlər fəal iştirak etdilər.2-ci mərhələyə keçid almış videotəqdimatlar məktəbin Facebook səhifəsində paylaşıldı.Qaliblər səsvermə yolu ilə seçildi.1-ci yer(174 səs) Nizam i Əliyev,Fidan Əhmədova,Mələk İskəndərova;2-ci yer (122 səs)Ziya Qasımzadə,Yağmur Əliyeva,Məhəmmədəli Cəfərli;3-cü yer(40 səs) Xədicə Feyzullyeva layiq görüldü.Qalib olan şagirdləri təbrik edirik ! Müsabiqədə iştirak edən Rəvan Əkbərzadəyə,Zümrüd Əmrullayevaya,Rəhim Əhmədzadəyə və Yaşar Ağayevə uğurlar arzulayırıq.