Qələbə carçıları

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə açıq havada "Qələbə carçıları" adlı tədbir keçirildi. İbtidai sinif müəllimi Sevinc Axundovanın təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər şeirlər söylədilər,mahnılar ifa etdilər.Vətənpərvərlik mövzusunda asfaltüstü rəsm çəkərək,işğaldan azad olunmuş torpaqlar haqqında məlumat verdilər.Məktəbin direktoru Akif Əliyev uşaqları təbrik edərək qarşıda duran məqsədin uşaqların keyfiyyətli təhsil almalarını təmin etmək, həmçinin onlara diqqət və qayğı göstərməkdən ibarət olduğunu qeyd edərək,uşaqların hər birinə xoşbəxt və savadlı gələcək arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi