Lütfi Zadə-100

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi barədə 15 aprel 2021-ci il tarixli F-87 nömrəli əmrinə əsasən fizika laborantı Səidə Salamova şagirdlərə məlumat verərək bildirdi ki,2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur.Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişik- liklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyduğunu qeyd etdi.Slaydlar vasitəsilə dünya şöhrətli alimin həyat və fəaliyyətini əks etdirən materiallar, rəsmi sənəd, fotolar, müəllifi olduğu kitablar, eləcə də haqqında yazılmış kitab və məqalələr nümayiş etdirildi.