"Heydər dühası" mövzusunda videokonfrans

Microsoft Times platformasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş "Heydər dühası" mövzusunda videokonfrans keçirildi.Tarix müəllimi Aidə Məmmədova bildirdi ki,90-cı illərin birinci yarısında Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi və erməni təcavüzünü dayandırdı. Ulu Öndərin müxtəlif sahələrdə Azərbaycan xalqına və dövlətinə verdiyi töhfələrdən söz açaraq dahi zəkası, sarsılmaz irədəsi və böyük siyasi təcrübəsi ilə Azərbaycanda əvəzsiz işlər gördüyünü xatırlatdı. Şagirdlər də çıxış edərək ulu öndərin Azərbaycanda böyük tarix yazdığını qeyd etdilər. Məktəbin direktoru Akif Əliyev əvəzolunmaz liderin daima insanların qəlbində və yaddaşında yaşayacağını vurğulayaraq tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi