Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan xüsusi dərs

Məktəbin tarix müəllimi Nigar Əhmədova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan xüsusi dərs təşkil etdi.Ulu öndər Heydər Əliyevin əsl şəxsiyyət, dahi lider olmasından, onun Azərbaycanın dövlət quruculuğunda rolundan danışdı. Ümummilli liderin ömür yoluna nəzər yetirən Nigar Əhmədova onun bizlərə miras qoyduğu müstəqil Azərbaycan üçün Heydər Əliyevin gərgin fəaliyyətini diqqətə çatdırdı. Ulu öndərin fəaliyyətinin əsasən milli-mənəvi dəyərlər üzərində qurulmasını bildirdi. Şagirdlər də öz növbələrində əldə etdikləri zəngin məlumatları diqqətə çatdırdılar.