Qələbə dərsi

Məktəbin biologiya müəllimi Kəmalə Hüseynova 7b sinfində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş "Qələbə dərsləri" silsiləsindən "Qarabağın flora və faunası" mövzusunda xüsusi dərs təşkil etdi.Qarabağ və ətraf bölgələrdə geniş yayılmış Xarıbülbül,Qaya dovşanlaması,Hirkan ənciri, Araz palıdı, Qarabağ dağlaləsi,Şərq çinarı, Sultan toyuğu,Məzar qartalı,Qafqaz meşəpişiyi, gürzə,Qarabağ atı haqqında məlumat verildi.Qeyd olundu ki,Dağlıq Qarabağ və ətraf rayonların ərazisində 5307 növ fauna nümayəndələri olmuşdur ki, bu da ümumi faunanın 20,7%-ni təşkil edir. Daha sonra "ermənilərin Qarabağda və ətraf rayonlarda törətdiyi ekoloji terror flora və faunaya necə təsir göstərmişdir?"sualı ətrafında müzakirələr aparıldı.Şagirdlər apardıqları araşdırma nəticəsində Qarabağın flora və faunası haqqında maraqlı məlumatlar təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi