"Qarabağ və ətraf ərazilərdə törədilən ekoloji terror"mövzusunda xüsusi dərs

Məktəbin biologiya müəllimi Tahirə Əliyeva Microsoft Times portalı üzərində 8b sinfində Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr edilmiş "Qələbə dərsləri" silsiləsindən "Qarabağ və ətraf ərazilərdə törədilən ekoloji terror" mövzusunda xüsusi dərs təşkil etdi.Qeyd olundu ki,ekoloji terror – konkret ölkə tərəfindən və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır.Dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin, ermənilər nəinki bu prinsipləri gözləmir, əksinə həmin prinsipləri kobud surətdə pozaraq işğal etdikləri ərazilərdə təbiəti viran qoyublar.Şagirdlərdən Zeynəb Rəhimova "Ağ fosfor silahının ermənilər tərəfindən tətbiqi", Lalə Əliyeva "Azıx mağarası", Aytac Əliyeva "Qarabağımızın Dövlət Qoruqları", Bahəddin İmanlı "Zəngilan və Kəlbəcər qızıl yataqlarının talanı",Nəzrin Əliyeva "Qarabağın nadir flora və faunası və onların məhv edilməsi" haqqında geniş məlumat verdilər,videoroliklər nümayiş etdirdilər.