1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbdə maarifləndirmə söhbətlər aparıldı

1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbdə əl işlərindən ibarət sərgi təşkil edildi və 2-5 və 6-cı siniflərdə maarifləndirmə söhbətlər aparıldı.İlk öncə əlamətdar günün tarixinə nəzər salınaraq,"Ümumdünya Mülki Müdafiə Günü" 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir günün olduğu vurğulandı."Fövqəladə hadisələr zamanı necə davranmalı?", "Hansı təbii hadisələr insan həyatı üçün təhlükə yaradır?", "Mülki Müdafiənin məqsədləri, vəzifələri və təşkiledilmə prinsipləri" barədə məlumatlar verildi,videoroliklər nümayiş etdirildi.