Xocalı-29

"Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü"nün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 12 fevral 2021-ci il tarixli F-38 nömrəli nömrəli əmrinin icrası məqsədilə məktəbdə rəsm sərgisi təşkil edildi.26 fevral tarixində birinci dərslər "Xocalı"soyqırımına həsr edildi,2c və 4b siniflərində Xocalı faciəsinə həsr edilmiş xüsusi dərslər keçirildi.İbtidai sinif müəllimi Zəminə Hüseynovanın təşkilatçılığı ilə "Xocalı-əsrin faciəsi" adlı tədbir təşkil edildi.Şagirdlər Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisi olduğunu qeyd etdilər.Xocalı faciəsinə həsr edilmiş şeirlər söylədilər,videoroliklər nümayiş etdirdilər.Microsoft Times platforması üzərində Xocalı soyqırımına həsr edilmiş onlayn konfrans keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi