"Şəhidlər ölməz- Vətən bölünməz""adlı tədbir keçirildi

Azərbaycan Respublikası təhsil nazirinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə tarix müəllimi Aidə Məmmədova 5-11-ci sinif şagirdlərinin iştirakı ilə Microsoft Times portalı üzərində "Şəhidlər ölməz- Vətən bölünməz""adlı tədbir təşkil etdi.Tədbirin təşkilatçısı Aidə Məmmədova danışaraq 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr barədə məlumat verdi.Məktəbin direktoru Akif Əliyev və tədbirdə iştirak edən şagirdlər yanvar hadisələrinin təfsilatını və səbəblərinin təhqiqini müzakirə etdilər. Tədbirdə iştirak edən 1-ci Qarabağ müharibəsində şəhid olmuş Əhəd İsgəndərovun anası Gülnaz İsgəndərova da öz fikirlərini paylaşaraq belə tədbirlər təşkil etdiyi üçün məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.