Ilk dərslər 20 Yanvar faciəsinə həsr edildi

Azərbaycan Respublikası təhsil nazirinin 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə ilk dərslər 20 Yanvar faciəsinə həsr edildi. Şagirdlər igid övladların fədakarlığını məhəbbətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Bakının ən möh­tə­şəm məkanında Vətən uğrunda can­la­rını qurban vermiş mərd, igid oğul və qızla­rımızın uyuduğu Şəhidlər xiya­ba­nının xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrildiyini bildirdilər.Qeyd etdilər ki, şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müs­tə­qil­liyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi