Şuşa fatehləri ilə görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq fiziki tərbiyə müəllimi Vüsalə Kərimova şagirdlərin vətənpərvərlik ruhda tərbiyəsi,milli-mənəvi şüurun təbliği və aşılanması məqsədilə Microsoft Teams platforması üzərində "Şuşa fatehləri"adlı görüş təşkil etdi.Görüşdə Şuşa fatehləri ADBTİA-nın tələbəsi Araz Bağırov,qazi Elməddin Tarverdili,xüsusi təyinatlı dəstənin üzvləri Aprel və Şuşa döyüşçüsü Rəşad Nağızadə,məktəbimizin məzunu Ceyhun Şahbazov,müəllim və şagird kollektivi iştirak etdi.Məktəbin direktoru Akif Əliyev Şuşa fatehlərini salamlayaraq,onlarla fəxr etdiyini,qürur duyduğunu bildirdi.Qeyd etdi ki, gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir.Görüşdə iştirak edən qəhrəman igidlərimiz keçdikləri döyüş yolundan söhbət açdılar,döyüş vaxtı Şuşaya səssiz , gizlin getmək lazım olduğunu bildirdilər."Hədəf bəlliydi, Şuşaydı deyə gözümüzə heç nə çətin gəlmirdi.Hər şeyə dözürdük, təki vətən sağ olsun deyə”,- dedi qəhrəman əsgərlərimiz. Müəllimlərdən Kəmalə Abiyeva,Sürəyya Yusifova, Aygün Nəcəfova, Aidə Məmmədova, Nigar Əhmədova, Şəhla Nemətova,Tamilla Məmmədova öz növbələrində qəhrəmanlarımıza ürək sözlərini söylədilər,şagirdlər isə Şuşa haqqında şeirlər söylədilər,maraqlı məlumatlar təqdim etdilər.