II Qarabağ müharibəsinin iştirakçısı olmuş məzun-qəhrəmanlarımızla virtual məktəb platformasında görüş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq II Qarabağ müharibəsinin iştirakçısı olmuş məzun-qəhrəmanlarımızla virtual məktəb platformasında görüş keçirildi.Görüşdə Qarabağ qazisi Ülvin Əliyev,igid döyüşçü Mehdi Qardaşxanov,müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.Məktəbin direktoru Akif Əliyev görüş iştirakçılarını salamladı və cəsur döyüşçülərimizi düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə təbrik edib,müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq salnaməsi olduğunu diqqətə çatdırdı.Qazilərin,eləcə də şəhid ailələrinin, qanlı döyüş yolu keçən müharibə iştirakçılarının öz üzərlərində daim dövlətimizin, ölkə rəhbərinin qayğısını hiss edəcəklərini söylədi.Qazi-Ülvin Əliyev öz döyüş yolundan danışıb, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində qazanılan böyük qələbənin sevinci ilə yaşadığını bildirdi.Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduqlarını vurğuladı.Müəllimlərdən Kəmalə Abıyeva,Nigar Əhmədova,Ülviyyə Həsənova, Natavan Əliyeva,Tamilla Məmmədova,Günel Ələsgərova,Kəmalə Hüseynova Azərbaycan Ordusunun yüksək peşəkarlığından,cəsur,igid, qorxmaz Azərbaycan oğullarının göstərdikləri şücaətdən fərəh hissi ilə danışaraq, qəhrəman- larımızla fəxr etdiklərini bildirdilər.5c sinif şagirdi Murad Xanəliyev şəhidlər haqqında yazdığı şeirini söylədi,şagirdlər isə belə məzunları olan məktəbdə oxuduqları üçün qürur duyduqlarını qeyd etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi