Çağrışaqədərki hazırlıq dərsində Vətən müharibəsinin müzakirəsi

"Çağrışaqədərki hazırlıq"fənninin tədrisində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məqsədilə "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət planı"na əsasən hərbi rəhbər Mehman Səlimov 10-cu sinif şagirdləri ilə 44 günlük Vətən müharibəsi haqqında geniş müzakirə apardı.Bildirdi ki,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadığını qeyd etdi,döyüşlərdə bütün dünyanın Azərbaycan xalqının əzminin və Azərbaycan Ordusunun döyüş qabiliyyətinin aydın görülməsindən söhbət açdı.Şagirdlərə milli qürur hissinə sahib olan, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan vətəndaş kimi formalaşmalarını tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi