"Vətən müharibəsi" adlı onlayn tədbir keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri ilə təsdiq olunmuş "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Fəaliyyət planına uyğun olaraq 4b sinif müəllimi Nigar Paşayeva vətənpərvərlik hissinin böyüməkdə olan nəslə aşılanması,şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə "Vətən müharibəsi" adlı onlayn tədbir təşkil etdi.Şagirdlər işğaldan azad edilmiş torpaqlar haqqında məlumat verdilər,şəhidlərimizin ruhunu yad edərək şeirlər söylədilər.