Əhmədiyyə Cəbrayılov-100

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 oktyabr 2020-ci il tarixli F-192 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında mühazirə təşkil edildi.Tarix müəllimi Nigar Əhmədova bildirdi ki,Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xitmətlər göstərmişdir. Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmiş, Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin , eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirmişdir.5b sinif şagirdləri də öz növbələrində Əhmədiyyə Cəbrayılov haqqında fikirlər söyləyərək videoroliklər nümayiş etdirdilər.Mühazirədə məktəbin direktoru Akif Əliyev də iştirak edərək öz təəssüratlarını bölüşdü.Şagirdlər əfsanəvi partizana həsr etdikləri rəsmləri virtual olaraq nümayiş etdirdilər.