Pedaqoji şuranın növbəti onlayn iclası

02.11.2020-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil Idarəsinin rəhbərliyinin tapşırıqları əsasında 31 nömrəli tam orta məkətəbin pedaqoji kollektivi ilə MS teams portalı üzərindən pedaqoji şuranın növbəti iclası keçirildi. Pedaqoji şurada 02.11.2020-ci il tarixdən məktəbin 1-11-ci sinifləri üzrə distant dərslərin keçirilməsinə dair qaydalar,ev təhsilinə cəlb edilmiş şagirdlərlə işin müvafiq şəraitə uyğun təşkili və pedaqoji heyət üzvlərindən sosial şəbəkə istifadəçilərinin paylaşmalarında müvafiq şəraitin tələblərinin gözlənilməsi qaydası müzakirə edildi və müvafiq tapşırıqlar verildi.