Pedaqoji kollektivlə onlayn iclas keçirildi.

17 avqust 2020-ci il tarixdə onlayn iclas keçirildi.Direktor məktəbin iş rejimi barədə məlumat verərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 14.08.2020-ci il tarixli F-155 nömrəli əmri ilə pedaqoji kollektivi tanış etdi.Fəaliyyətin məsafədən təşkilində əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, əməkdaşların sağlamlığının daha etibarlı qorunması üçün əlverişli şəraitin yaradılmasından ibarət olduğunu qeyd etdi.Siniflərin komplektləşdirilməsi,dərsliklərin yığılıb-paylanması,yay tədris tapşırıqları və cari məsələlər haqqında müzakirələr aparıldı.Sinif rəhbərlərinin, fənn müəllimlərinin sualları cavablandırıldı.