Xocalı soyqırımına aid tədbir

26 fevral 2020--ci il tarixdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tarix müəllimi Aidə Məmmədova Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu qeyd etdi və Xocalıda törədilən qanlı hadisələr, dinc sakinlərin amansızcasına qətlə yetirilməsi, yüzlərlə insanın əsir götürülməsi, şəhərin tamamilə dağıdılması barədə ətraflı məlumat verdi.Şagirdlər Xocalıya həsr edilmiş şeir-kompazisiyalar söylədilər.Tədbirdə çıxış edənlər məktəbin direktoru Akif Əliyev,fizika müəllimi Kəmalə Abiyeva,tarix müəllimi Nigar Əhmədova,biologiya müəllimi Tahirə Əliyeva Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi