"Beynəlxalq Ana dili günü"qeyd olundu

21 fevral 2020-ci il tarixdə Azərbaycan dili ədəbiyyat müəllimi Tünzalə Mehdiyevanın təşkilatçılığı ilə "Beynəlxalq Ana dili günü"qeyd olundu.Şagirdlər hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu xatırladaraq,dilimizin zənginliyindən danışdılar.Dilimizin gözəlliyi haqqında şeirlər söylədilər,səhnəciklər göstərdilər.Məktəbin direktoru Akif Əliyev tədbir iştirakçılarının nəzərinə çatdırdı ki,dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil millətin simasını səciyyələndirən amillərdən biri, bəlkə də, birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır.Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Sonda Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığını vurğulayaraq belə tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etdi.