”Heydər Əliyevin hakimiyyətə 2-ci dəfə gəlişi” və Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 nömrəli tam orta məktəbin şagirdlərinin tarix fənnindən “Açıq dərs"i təşkil olundu.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə” Heydər Əliyevin hakimiyyətə 2-ci dəfə gəlişi”və Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon ərazisində fəaliyyət göstərən 31 saylı tam orta məktəbin 6,7 və 8-ci sinif şagirdlərinin tarix fənnindən “Açıq dərs”i təşkil olundu.Məktəblilər ilk öncə Mərkəzin “Muzey” bölməsində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, ümummilli liderin əziz xatirəsini yad etdilər,bələdçilər tərəfindən onlara ümummilli liderin həyat və siyasi fəaliyyəti haqqında məlumat verildi.Açıq dərs “Heydər Əliyev İrsi və Salnamə” bölməsində keçirildi.Dərsdə Yasamal rayonunda fəaliyyət göstərən 31 saylı tam orta məktəb kollektivi iştirak etdi.Tarix müəlliməsi, tarix elmləri üzrə fəlsəfə doktoru Aidə Məmmədova Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bu dövr ərzində daim Azərbaycanın tərəqqisi üçün çalışdığını, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğunu və gələcək nəsillərin taleyi üçün düşündüyünü, doğma yurdu- Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardığını geniş məruzə edərək məktəblilərin diqqətinə çatdırdı.Şagirdlər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şerlər səsləndirdilər.Məktəblilər Heydər Əliyev və Zərifə xanım Əliyeva haqqında kompozisiya, Heydər Əliyevə həsr olunmuş çıxışlarına yüksək səviyyədə hazırlaşmışdılar.Dərsin sonunda məktəblilərin öz hazırladıqları “Heydər Əliyev və Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan bəhs edən fotolardan ibarət slayd nümayiş olundu.