Kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan tədbir

Məktəbdə kimyəvi elementlərin dövri sistemi cədvəlinin yaradılmasının 150 illiyinə həsr olunan tədbir keçirildi.Tədbirdə Təlimə Dəstək Mərkəzinin əməkdaşı Xuraman xanım,müəllim,şagird və valideyn kollektivi iştirak etdi.İlk öncə kimya müəllimi Gülnarə Qasımova görkəmli rus alimi Dmitri Mendeleyev tərəfindən kimyəvi elementlərin dövrü qanunun 150 il bundan öncə kəşf edildiyini deyərək, BMT Baş Assambleyası tərəfindən cari ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli ili” elan olunduğunu bildirdi, bütün Yer kürəsi və onun atmosferinin kimyəvi elementlərin bəsit və mürəkkəb birləşmələrindən təşkil olunduğunu diqqətə çatdırdı.Şagirdlər də öz növbələrində Dmitri Mendeleyevin həyat və yaradıcılığından söhbət açdılar,kimyəvi elementlər haqqında şeirlər söylədilər.Sonda tədbir iştirakçıları tədbirin əhəmiyyəti haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi