20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir

20 yanvar faciəsinin 30-cu il dönümünün keçirilməsi ilə bağlı “Tədbirlər Planı”na əsasən Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 yanvar faciəsi barədə şagirdlər geniş məlumatlandırılmış,  ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladları yad edilmiş,  silsilə tədbirlər keçirilmişdir.

17 yanvar 2020-ci il tarixdə ilk dərs saatları 20 yanvar faciəsinə həsr olunmuş,xüsusi dərslər keçirilmiş, bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Bütün siniflərdə ümumxalq hüzn gününü əks etdirən divar qəzetləri, "Qanlı şənbə gecəsi rənglərin dilində" mövzusunda rəsm sərgisi, "Qan Yaddaşımız" adlı sənədli və "Qanlı Yanvar" adlı bədii filmlərin nümayişi təşkil olunmuşdur. Həftə ərzində sinif təşkilat saatları "20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq səlnaməsidir" mövzusuna həsr edilmiş, "Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Bir qrup şagird və müəllim kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi