"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" ilə əlaqədar tədbir keçirildi.

30.12.2019-cu il tarixində məktəbimizdə 31 dekabr - "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni il münasibətilə bayram şənliyi keçirildi.Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllim heyəti və şagirdlər iştirak etdilər. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və Yeni ilin qeyd edilməsi tarixi haqqında maraqlı məlumatlar verildi,şagirdlərin hazırladıqları rəngarəng nömrələr alqışlarla qarşılandı.Sonda məktəbin direktoru müəllim,şagird və valideyn kollektivini təbrik edərək,2020- ci ilin xeyirli, sağlıqlı,səadət dolu olmasını arzuladı.