"Valideynin məktəbdə bir günü"

17 dekabr 2019-cu il tarixdə "Valideynin məktəbdə bir günü" adlı layihə keçirildi. Proqrama əsasən valideynlər sinif otaqları,fənn kabinetləri,kitabxana,yeməkxana,həkim otağı,idman zalı,soyunub-geyinmə otaqları,laboratoriyalar,komputer otaqları,hərbi kabinet və linqafon otaqlarındakı mövcud vəziyyətlə tanış oldular,dərsləri müşahidə etdilər.Məktəbin direktoru Akif Əliyev əldə olan nəaliyyətlər,yeniliklər,qarşıda duran vəzifələr barədə məlumat verdi,valideynləri maraqlandıran sualları cavablandırdı. Valideynlərin rəy və təklifləri dinlənildi.Layihə bədii hissə ilə yekunlaşdı.