Əvəzedilməz lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir

Məktəbin tarix müəllimi Aidə Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və dahi şəxsiyyət bir dəqiqəlik sükutla yad edildi. Aidə Məmmədova Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı geniş məlumat verdi.Azərbaycanın inkişafı yolunda görülmüş işlər barədə video materiallar nümayiş olundu,şagirdlərin çıxışları dinlənildi.Sonda məktəbin direktoru Akif Əliyev əvəzolunmaz lider Heydər Əliyev haqqında fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi