“Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu” mövzusunda seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2019-cu il tarixli F-90 nömrəli əmrinin Müasir dövürdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyə olunması sisteminin daha da təkmənləşdirilməsi ilə bağlı tədbirlər haqqında fəaliyyət planının 2.3. alt istiqaməti üzrə “Sağlam həyat tərzinin təbliği və təşviqi” bölməsinin 2.3.2-ci bəndinə uyğun olaraq “Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin rolu” mövzusunda məktəbin biologiya müəllimi Kəmalə Hüseynova elmi-nəzəri seminar keçirdi.Sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin,xüsusilə gündəlik iş rejiminin,səmərəli qidalanmanın,idmanla məşgul olmağın,ətrafda olan həmyaşıdları ilə xoş və qarşılıqlı ünsiyyətin böyük təsiri olduğu vurğulandı.Şagirdlərə sağlamlıq haqqında biliklərə yiyələnmək və bu biliklərə riayət etmək hər bir insanın başlıca vəzifələrindən biri olduğu tövsiyə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi