Həmid Araslı -110

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 25 aprel 2019-cu il tarixli F-199 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Ana dili-ədəbiyyat müəllimi Nərgiz Quliyeva Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əlaqələrin öyrənilməsi sahəsində böyük xidmətləri olmuş akademik Həmid Araslının 110 illiyi münasibətilə dəyirmi masa keçirdi.Görkəmli alim Həmid Araslının çoxcəhətli elmi fəaliyyətindən, Azərbaycan ədəbiyyatı tarixinin formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən söhbət açdı.Alimin irsində klassik ədəbiyyat, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğu vurğuladı.Məktəbin direktoru Akif Əliyev akademikin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatlarından söz açaraq ədəbiyyatşünas alimin həm də şifahi xalq ədəbiyyatının ən görkəmli mütəxəssislərindən biri olduğunu, Azərbaycan folklorunun, xüsusilə də “Kitabi-Dədə Qorqud”, “ Koroğlu” dastanları və aşıq yaradıcılığı haqqında sanballı elmi əsərlər yazdığını şagirdlərin diqqətinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi