Anım Gününə həsr olunmuş ümumməktəb tədbiri

Sentyabrın 27-si 2024-cü il tarixdə "Zəfər tarixinin başlanğıcı" adlı ümumməktəb tədbiri təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə başladı. Ardınca Şəhidlərin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Giriş sözü ilə məktəbin direktoru Nizami Qasımzadə tədbir iştirakçılarını salamlamış, Anım Günü haqqında məlumat vermişdir.Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı, tarix müəllimi Elşən Rəsulov, tarix müəllimi, Şəhid yoldaşı İlahə İsgəndərova, tarix elmləri üzrə doktorant Əli Sadıqov çıxış edərək Anım Gününün tarixi əhəmiyyəti, Zəfərin tarixi başlanğıcı və.s digər əsaslı mövzular haqqında danışıb, şagirdləri məlumatlandırıblar.

Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları şeirlər, mahnılar ifa edilmiş, Səməd Vurğunun "Ananın öyüdü"şeirinin əsasında hazırlanmış səhnəcik nümayiş etdirilmişdir.

Şəhidlər daim yaddaşlarda qalır və yad edilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi