2024/2025-ci tədris ili üzrə təmayülləşmənin yaradılması haqqında maarifləndirici görüş 

    İyunun 11-i 2024-cü il tarixdə IX sinif şagirdlərilə növbəti tədris ilində yaradılacaq təmayülləşmə haqqında maarifləndirici görüş təşkil olunmuşdur.

    Uşaq birliyi təşkilatının rəhbəri, Şagird Davranış Qaydaları üzrə koordinator Sərxan Şahverdiyev şagirdlərin ərizələri, meyil və istəkləri haqqında məlumat vermişdir.

    Məktəbin direktoru Nizami Qasımzadə fənn blokları, ixtisaslar üzrə yaradılacaq təmayül siniflər, onların vəziyyəti haqqında ətraflı çıxış etmişdir.

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova təmayülləşmə dövründə şagirdlərin tədris proseslərinin yoxlanılması, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Elşən Rəsulov onların davamiyyət və.s haqqında danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi