"Mütaliə klubu"nun 2023/2024-cü tədris ili üzrə sonuncu görüşü

    İyunun 6-sı 2024-cü il tarixdə" Kiçik Akademiya"nın nəzdində fəaliyyət göstərən "Mütaliə klubu"nun üzvləri 2023/2024-cü tədris ili üzrə sonuncu görüş təşkil etmişdirlər.

    Görüşdə Uşaq birliyi təşkilatının və "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev klub üzvlərilə Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsəri müzakirə edilmişdir. Əsərdə müəllifin oxuculara çatdırmaq istədiyi gerilik, cəhalət və.s tipli mənfi düşüncələrin insanlara vurduqları ziyanlar, onlara qarşı mübarizə haqqında söhbətlər aparmışdır. 

    Sonda "Mütaliə klubu"nun üzvləri" Kiçik Akademiya" tərəfindən klubun görüşlərində iştirak edərək əsərlərin müzakirələrində olduqlarına görə Sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi