I yarımilin yekunları ilə bağlı məktəb rəhbərliyi tərəfindən VIII-XI sinfin valideynlərilə görüş keçirilmişdir

    I yarımilin yekunları ilə bağlı məktəb rəhbərliyi tərəfindən VIII-XI sinfin valideynlərilə görüş keçirilmişdir.

    Fevralın 5-i 2024-cü il tarixdə Fəaliyyət Planına əsasən 2023/2024-cü tədris ilində I yarımilin yekunları və II yarımildə görüləcək işlər barəsində VIII-XI sinfin valideynlərilə görüş keçirilmişdir.

    Valideynlərin məktəbə marağının ölçülməsi məqsədilə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev qeydiyyat aparmış, valideyn-məktəb münasibətləri, təhlükəsizlik qaydaları haqqında söhbətlər aparılmışdır.

    Məktəbin direktoru Nizami Qasımzadə valideyn-şagird-məktəb birliyi, şagirdlərin tədris vəziyyəti və.s cari məsələlər haqında geniş formatlı çıxış etdi.

    Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva I yarımilin yekunları haqqında ümumi hesabatlı çıxış etdilər.

    Ümumilikdə görüşdə aşağıdakı məsələlər müzakirə edilmişdir :
        1. Şagird Davranış Qaydalarının tətbiqi və riayətin gücləndirilməsi;
        2. Məktəbə aid olmayan əşyaların məktəbə gətirilməməsinin qadağan olunmasının bir daha xatırlatma edilməsi;
        3. Etik davranış qaydalarına riayət;
        4. Davamiyyətin müntəzəm nəzarətdə saxlanılması;
        5. I yarımilin yekunları;
        6. Cari məsələlər.

    Qeyd : Görüşdə 200-ə yaxın valideyn iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi