Pedaqoji şura

    Pedaqoji şura təşkil olunmuşdur.

    Fevralın 3-ü 2024-cü il tarixdə I yarımilin yekunları, II yarımildə görüləcək işlər və MÜTDA-nın göndərdiyi məktubun pedaqoji heyətə çatdırılması məqsədilə Pedaqoji şura təşkil edilmişdir.

    Pedaqoji şuranın sədri N.Qasımzadə gündəlik məsələlər haqqında danışdı, MÜTDA-nın  göndərdiyi məktubu pedaqoji heyətin nəzərinə çatdırdı.

    Gündəlik məsələlər haqqında aşağıda qeyd olunan formada çıxışlar oldu :

        1. Sərxan Şahverdiyev  - sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə I yarımil ərzində görülən işlər, Şagird Davranış Qaydaları üzrə aparılan işlər, istedadlı şagirdlərlə işin təşkili, I yarımil ərzində əldə olunan nailiyyətlər, valideynlərlə işin təşkili, təhlükəsizliyin gücləndirilməsi, "Rəqəmsal bacarıqlar" və STEAM layihəsinin tətbiqi və əldə olunam uğurlar, II yarımildə görüləcək işlər və.s cari məsələlər;
        2. Lətafət Musayeva - I yarımil ərzində görülən işlər, sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, risk qrupuna daxil olan şagirdlər haqqında statistik məlumatlar, dərsdinləmələrdə aşkar olunan psixoloji məsələlər və cari məsələlər;
        3. Könül Həsənova - I yarımil ərzində görülən işlər, IX-XI siniflərdə, təmayül siniflərdə təşkil olunmuş monitorinqlər,  IX-XI siniflərdə aparılmış BSQ-lərin təhlili, yarımillik üzrə qiymətlərin təhlili, II yarımil üzrə görüləcək işlər və cari məsələlər;
        4. Aytəkin Əliyeva - I yarımil ərzində görülən işlər, VII-VIII siniflərdə müxtəlif fənlər üzrə aparılmış monitorinqlər, frontal yoxlamaların müqayisəli təhlili, BŞTİ-nin təşkil etdiyi müxtəlif monitorinqlərin təhlili, II yarımildə görüləcək işlər və cari məsələlər;
        5. Şeyda Abbasova - I yarımil ərzində görülən işlər, V-VI siniflərdə aparılmış BSQ-lərin təhlili, yarımillik üzrə qiymətlərin təhlili, BŞTİ-nin Azərbaycan dili fənni üzrə apardığı monitorinqlərin təhlili, II yarımil üzrə görüləcək işlər və cari məsələlər;
        6. Şəbnəm Məmmədova - I yarımil ərzində görülən işlər, IV siniflərdə aparılmış BSQ-lərin təhlili, yarımillik üzrə qiymətlərin təhlili, BŞTİ tərəfindən aparılan monitorinqlərin müqayisəli təhlili, II yarımildə görüləcək işlər və cari məsələlər haqqında danışdı.

    Pedaqoji şuranın sonunda müxtəlif fəaliyyətlərinə görə müəllimlər məktəbin direktoru N.Qasımzadə tərəfindən Təşəkkürnamə ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi